Bakı. Trend:
Qazaxıstan müstəqil şəkildə 3 istilik elektrik stansiyasınıninşasına başlayıb. Hərçənd buna qədər onların tikintisindəRusiyanın iştirakı planlaşdırılırdı.
Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanınbaş nazirinin birinci müavini Roman Sklyar keçirdiyi mətbuatkonfransında danışıb.
O, stansiyaların Qazaxıstan tərəfində müstəqil inşa olunmasınarəğmən, Rusiya ilə tərəfdaşlığa hələ də açıq olduqlarını diqqətəçatıdıb.
“O zaman “İnter RAO” şirkəti bizdə stansiyaları tikməyi öhdəsinəgötürərək, aşağı faizli ixrac maliyyələşdirməsi almalı idi. Təəssüfki, bunu edə bilmədilər, buna görə də stansiyaları özümüz tikməkqərarına gəldik”, – deyə Sklyar Qazaxıstanda üç İES-nın inşasıbarədə suala cavab verərkən qeyd edib.
Onun sözlərinə görə, artıq Kokşetau İES-nın tikintisinin aktivmərhələsinə başlanılıb və sifarişçi “Samruk-Energo” şirkətidir.
“Eyni vəziyyət Semey və Öskəmən (Ust-Kamenogorsk) stansiyalarıilə də olacaq. Əgər rusiyalı həmkarlarımızdan maliyyələşdirmətəklifi alsaq, “Samruk-Energo” onları tərəfdaş kimi seçə bilər,burada heç bir maneə yoxdur”, – deyə Qazaxıstanın birinci baş nazirmüavini izah edib.