AZ

Rusiyada Ukraynaya işləyən 17 yaşlı yeniyetmə HƏBS OLUNDU

Rusiyada yanacaq-energetika obyektləri haqqında məlumat toplayan 17 yaşlı yeniyetməni həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın bölgə üzrə İstintaq Komitəsi məlumat yayıb.

Ufa məhkəməsi Ukrayna üçün bu şəhərdə, eləcə də Ryazan və Kazanda yanacaq-energetika obyektləri haqqında məlumat toplayan 17 yaşlı yeniyetməni həbs edib.

Müstəntiqlərin fikrincə, azyaşlı internet vasitəsilə naməlum şəxslə əlbir olub və pul müqabilində obyektlər haqqında məlumat toplayıb.

Bundan əlavə, yeniyetmə yanğın törətməyi planlaşdırıb.

Bu ilin yanvar ayında yeniyetmə vəd etdiyi 200 min rubl pul mükafatı üçün dəmir yolu lokomotivini yandırmağa razılaşıb, lakin saxlanıldığı üçün cinayət niyyətini həyata keçirməyə vaxt tapmayıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
21
interpress.az

1Mənbələr