AZ

Xilasedicilər uçqun altında qalmış şəxsi belə xilas etdilər- VİDEO

Kiyevə Rusiya ordusu tərəfindən edilən gecə hücum zamanı Svyatoşinskiy rayonunda bir kişi otaqda olduğu anda uçqun altında qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Suspilne" nəşri yazıb.

Mənbə qeyd edir ki, xilasedicilər onu sağ olaraq çıxarıblar. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları onunla üç saatdan artıq fasiləsiz əlaqə saxlayıblar. Kişi ikinci mərtəbədən birinci mərtəbəyə düşərək tikinti qalıqları arasında sıxışıb qalıb. Xilasedicilər qonşu mənzilin divarını deşərək ona çatmağa müvəffəq olublar və zədələnməsinin qarşısını almaq üçün xüsusi fiksatorlardan istifadə edərək onu çıxarıblar.

Hazırda Kiyevdə iki ərazidə axtarış-xilasetmə işləri, altı fərqli məkanda isə qəza-xilasetmə əməliyyatları davam etdirilir.

Xatırladaq ki, Kiyevdə gecə hücumu nəticəsində xəsarət alanların sayı artıq 82 nəfərə çatıb.

Bunu Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko təsdiq edib.

Onun sözlərinə görə, 44 nəfər hazırda xəstəxanalarda müalicə alır. Həlak olanların sayı isə dəyişməyib, 6 nəfər həyatını itirib. Onlardan biri, 6 yaşlı oğlan uşağı, təcili yardım maşınında keçinib.

Ən azı 10 uşaq xəsarət alıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib. Yaralananlar arasında cəmi 5 aylıq bir körpə də var.

Tkaçenko əlavə edib ki, bu rəqəmlər dəyişə bilər, çünki axtarış-xilasetmə işləri davam edir.


Bizim.Media

Seçilən
22
2
bizim.media

3Mənbələr