AZ

Skott Ritter: “Qrem ABŞ-nin məqsədini açıb”

AzVision.az xəbər verir ki, geosiyasət üzrə amerikalı analitik Skott Ritter özünün YouTube-kanalında belə deyib.

“Sözün hərfi mənasında Lindsi Qrem Moskvanı Vaşinqtonun əsl niyyətləri barədə xəbərdar etdi: Rusiyanı müflis etmək, onu iqtisadi cəhətdən sındırmaq və diz çökdürmək. Qremin təkəbbürü onu kor edir, ABŞ heç də lazım olan yolla getmir”,- analitik bildirib.

Onun sözlərinə görə, Ağ Evdə belə bir fikir formalaşıb ki, onlar bütün ölkələr haqqında hər şeyi bilirlər. Buna görə də aydın və proqnozlaşdırılan nəticə verəcəck tədbirlər görə bilərlər. LakinVaşinqton bu baxımdan çox məyus olacaq.

Tramp Medvedevə: “Danışığına fikir ver”| VİDEO
Ritter onu da vurğulayıb ki, Lindsi Qrem Hindistana həddən artıq Rusiya silahı aldığını və“bu, pisdir” deməyi mümkün sayan ABŞ prezidenti Donald Trampı təkrarlayır.

- Gülməlidir, Tramp Rusiyadan silah və yanacaq aldığına görə hamını danlayır, lakin eyni zamanda, sözün əsl mənasında müttəfiqlərini Amerikanın yanacağını və silahlarını almağa məcbur edir, Rusiyanı bazardan sıxışdırır”, - Skott Ritter diqqətə çatdırıb.

Xatırladaq ki, bundan əvvəl Trampın Rusiya ilə son qərarı ilə bağlı amerikalı senator Lindsi Qremlə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev arasında kəskin şifahi polemika yaşanıb.

Söz savaşına müdaxilə edən ABŞ prezidenti Donald Tramp “uğursuz prezident” adlandırdığı Dmitri Medvedevə “sözlərinə diqqət yetirməyi” məsləhət görüb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
40
azvision.az

1Mənbələr