Livan hökuməti ölkə torpaqlarında müharibələrə və qan tökülməsinə birdəfəlik son qoymaq üçün qeyri-hökumət qruplarını tərksilah etmək niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu respublikanın prezidenti Cozef Aun açıqlayıb.
"Biz Livanı dağılmaqdan xilas etmək fürsətini əldən verə bilmərik, buna görə də bütün tərəflər, o cümlədən Hizbullah silahlarını Livan ordusuna təhvil verməlidir", - deyə general Aun vurğulayıb.
Onun sözlərinə görə, belə bir addım bütün Livan ərazisi üzərində milli suverenliyin bərpasına töhfə verəcək.
Respublika başçısı bildirib ki, ABŞ-nin xüsusi nümayəndəsi Tom Barakla son danışıqları zamanı o, İsrailin havada, quruda və dənizdə hərbi əməliyyatlarının dərhal dayandırılmasını tələb edib.
“Biz İsrail qoşunlarının beynəlxalq səviyyədə tanınan sərhədə çıxarılmasına və məhbusların azad edilməsinə çalışacağıq”, - o deyib.