4 sentyabr tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus 29 avtomobil hərraca çıxarılır.
"Valyuta.az" xəbər verir ki, avtomobillər ilkin olaraq 4 100 manatdan 19 000 manata qədər qiymətlə satışa çıxarılır.
Satışa çıxarılan nəqliyyat vasitələri 2013–2020-ci il istehsalıdır.
Avtomobillərin ən yenisi 2020-ci il istehsalı olan "Hyundai Elantra", ən köhnəsi isə 2013-cü il istehsalı olan "Hyundai Sonata" markalı minik maşınıdır.
Hərraca çıxarılan avtomobillərin tam siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz:
Mayya Hüseynova