AZ

8,8 ballıq zəlzələ yaxınlıqdakı Rusiya nüvə donanmasına zərər vurub? - ARAŞDIRMA

Yazını böyüt
Yazını kiçilt

Kamçatkada baş verən meqa zəlzələ Rusiya Federasiyasının strateji hərbi bazasının təhlükəsizliyi ilə bağlı həyəcan təbili çalıb. "Borey", "Delta" və "Yasen" siniflərinə aid sualtı qayıqlar təhlükə altındadır. Hələlik Moskva əmin edir ki, hər şey nəzarət altındadır.

Hafta.az-ın “Fokus”, "Daily Mail" nəşrləri və "OSİNT" açıq mənbə kəşfiyyatına istinadla apardığı araşdırmadan bəlli olur ki, Kamçatkada baş vermiş 8,8 bal gücündə güclü zəlzələ seysmik zərbənin episentrindən cəmi 75 mil (120,7 km - red.) məsafədə yerləşən Rusiya nüvə sualtı qayıqlarının əsas bazalarından birinin vəziyyəti ilə bağlı narahatlıq yaranıb.

Seysmoloqların fikrincə, bu həmin ərazidə tarixdə altıncı ən güclü zəlzələ olub. Onun episentri yarımadanın sahillərində Sakit okeanda yeləşib. Zərbə zonasına ən yaxın strateji obyekt Rusiyanın Avaça körfəzindəki hərbi dəniz bazasıdır. Rusiyanın nüvə çəkindirmə qüvvələrinin əsasını təşkil edən “Borei”, “Borei-A” və “Delta III” sinif sualtı qayıqları məhz burada yerləşir.

Rusiya hakimiyyət orqanlarının “hər şey normal həddədir” zəmanətinə baxmayaraq, hərbi analitiklər təhlükələri istisna etmirlər. "X" şəbəkəsində "@Capt_Navy" ləqəbli Rusiya Hərbi Dəniz Qüvvələrinin istefada olan zabiti "Rusiya Hərbi Dəniz Qüvvələrinin Kamçatkadakı hərbi-dəniz bazalarına kritik ziyan dəyməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Məncə, hər şey normal həddədir", -deyə bildirib. Onun sözlərinə görə, qurğular nüvə zərbəsinə belə, tab gətirmək üçün layihələşdirilib.

Bununla belə, rəsmi məlumat çatışmazlığı fonunda mütəxəssislər hadisə yerindən peyk şəkillərini və videolarını fəal şəkildə təhlil edirlər. Buludlu hava müşahidəni çətinləşdirir, lakin dağıdılmış mülki infrastrukturun görüntüləri internetdə görünür: zədələnmiş yollar, limanlar, dağılmış binalar...

Ruslar Kamçatkada nüvə raketdaşıyıcıları və raketlər, torpedalar və nüvə silahları ilə silahlanmış sualtı qayıqları cəmləşdiriblər. Zəlzələnin episentrinin strateji əhəmiyyətli bazaya yaxınlığı Rusiya hakimiyyət orqanlarında əlavə narahatlıq yaradır...

Rusiyanın Avia.pro nəşrinin yazdığına görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 150 km, Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqların yerləşdiyi Avaça körfəzindəki “Rıbaçya” bazasından isə cəmi 130 km aralıda olub. Kuril adaları və Kamçatkada sunami təhlükəsi aşkarlanıb, bu səbəbdən də sahilyanı ərazilərin sakinləri təxliyə olunmağa başlayıb.

"Zəlzələ mərkəzinin strateji əhəmiyyətli "Rıbaçya" hərbi-dəniz bazasına yaxınlığı əlavə narahatlıq yaradır. Regional hakimiyyət orqanları və hərbçilər infrastruktur üçün mümkün fəsadları qiymətləndirirlər" - məlumatda belə deyilir

"OSINT"-in "Tatarigami_UA" ləqəbli analitiki  yazır:

"Kamçatkadakı 8,7 bal gücündə zəlzələ Rusiyanın bir neçə əsas sualtı qayığının və dəniz infrastrukturunun yerləşdiyi eyni körfəzdə yerləşən Petropavlovsk-Kamçatski şəhəri yaxınlığında baş verib. Zəlzələnin və onun yaratdığı sunaminin intensivliyini nəzərə alsaq, müəyyən dağıntılar ola bilər..."

Araşdırmada Kamçatkada ən təhlükəli rus sualtı qayıqları, o cümlədən nüvə raket daşıyıcıları və raketlər, torpedalar və nüvə silahları ilə silahlanmış hücum sualtı qayıqlarının yerləşdiyi bildirilir və onların adları və üstünlükləri sadalanır:

Layihə "Delta-III" ( "K-44- Ryazan"sualtı qayığı):

O, hər birində 3 nüvə başlığı olan 16 "R-29R" ballistik raketi daşıya bilir. O həmçinin "53-65K" torpedaları və "Vodopad" və ya "Veter" sualtı qayıq əleyhinə raketlərə malikdir.

Layihə "955 Borey":

 "Aleksandr Nevski" və "Vladimir Monomax" sualtı qayıqları. Qayıqların hər biri ABŞ və ya Avropanı vura bilən 16 “Bulava” ballistik raketi ilə silahlanıb. Hər birində 4-6 "MIRV" nüvə başlığı var (hər qayıqda 96 nüvə başlığı). Torpedalar və sualtı qayıq əleyhinə raketlər də var.

Layihə "955A "Borey":

(qayıqlar "Knyaz Oleq", "Generalissimus Suvorov", "İmperator III Aleksandr" və "Knyaz Pojarski") - onların hər biri təkmilləşdirilmiş gizli sistemləri və torpedaları olan 16 "Bulava" raketi daşıyır. Onlar əlavə olaraq Rusiya Federasiyasının Ukraynaya hücum etmək üçün tez-tez istifadə etdiyi"Kalibr"i işə sala bilərlər.

Layihə "949A Antey":

("Tomsk", "Omsk", "İrkutsk" sualtı qayıqları) - hər biri hipersonik "Sirkon" da daxil olmaqla 24 qanadlı raket daşıyır. Həmçinin "Kalibr", torpedalar və sualtı qayıq əleyhinə raketlər.

 

Layihə "885M Yasen":

("Novosibirsk", "Krasnoyarsk" sualtı qayıqları) - hər biri "Kalibr", "Oniks", "Sirkon" qanadlı raketləri (birləşərək 40-a qədər raket), torpedalar və sualtı qayıq əleyhinə raketlər üçün 32 şaquli buraxılış qurğusunu daşıyır.

Layihə "971 Şuka-B":

("Maqadan", "Kuzbass" sualtı qayıqları) - digər sualtı qayıqlarla döyüşmək üçün 28-ə qədər "Kalibr" raketi və torpedası var.

Xüsusi layihələr:

("Belgorod" sualtı qayığı) ən təhlükəlidir - "Poseydon" nüvə torpedalarının daşıyıcısı (6 ədədə qədər). Onun həmçinin "Kalibr" və "Onix", "Fizik" torpedaları var.

Araşdırmada əlavə edilir ki, zəlzələ bölgədəki ən aktiv vulkanlardan biri olan “Klyuçevskaya Sopka” vulkanını da aktivləşdirib. Bu, artıq Sakit Okeanın "Alov halqasının" bir hissəsi olan ərazinin potensial qeyri-sabitliyi ilə bağlı narahatlığı daha da artır...

Bu fonda dünyanın ən uzun sualtı gəmisi olan "K-329- Belqorod" sualtı qayığının bu ərazidə mümkün olması ilə bağlı yeni fərziyyələr ortaya çıxıb. O, "Poseydon" nüvə torpedalarını daşımağa və casusluq missiyalarını yerinə yetirməyə qadirdir. Qayığın zəlzələ zamanı bazada olub-olmadığı rəsmən təsdiqlənməyib, lakin onun hərəkətləri fəal şəkildə izlənilir.

"Avaça" körfəzində nüvə sualtı qayıqlarından başqa qanadlı raketləri olan gəmilər  "Yasen-M" və "Oskar" var. Onların vəziyyəti naməlum olaraq qalır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta kiçik dalğalar gövdələrin dayaqlara dəyməsinə və ya lyukların açıq olması səbəbindən - xüsusən də texniki qulluq zamanı qayıqlara su dolmasına səbəb ola bilərdi.

Qeydə alınmış zəlzələ Yaponiyada 9,1 bal gücündə zəlzələ nəticəsində 20 minə yaxın insanın öldüyü və ya itkin düşdüyü 2011-ci ildən bəri ən güclü zəlzələ olub. Hazırkı hadisə seysmik aktivlik zonalarında strateji hərbi obyektlərin nə qədər həssas olduğunu göstərdi...

 

Seçilən
20
hafta.az

1Mənbələr