"ChatGPT"nin yaradıcısı "OpenAI" şirkəti 2025-ci ilin ilk yeddi ayı ərzində gəlirini illik müqayisədə təxminən iki dəfə artıraraq 12 milyard dollara çatdırıb.
Marja xəbər verir ki, bu barədə “The Information” mənbəsinə istinadən xəbər verir.
Həmçinin ChatGPT məhsullunun həftəlik təxminən 700 milyon aktiv istifadəçisi olduğu bildirilib.
Bundan əlavə, xəbərdə şirkətin 30 milyard dollarlıq investisiya turunun ikinci hissəsi üçün investorlar axtarmağa davam etdiyi və mövcud səhmdarların Sequoia Capital və Tiger Global Management-in bu raundda yüz milyonlarla dollar sərmayə qoyduğu bildirilir.