"Turan Tovuz" yeni transferi reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tovuz təmsilçisi İbrahima Vadjini heyətinə cəlb edib. Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep", Norveçdə "Mölde" və "Hauqesund", Azərbaycanda isə "Qarabağ"ın formasını geyinib.
Qeyd edək ki, 2021-2022-ci illərdə “Qarabağ”da oynayan Vadji Ağdam klubunda keçirdiyi 36 oyunda 20 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.