Litvanın baş naziri istefa verib
Litvanın baş naziri Gintautas Paluckas istefa verib və qərarı barədə prezident Gitanas Nauseda məlumat verib.
"Gintautas Paluckas mənə zəng edərək istefası barədə məlumat verdi", - RİA Novosti prezidentin sözlərindən sitat gətirir.
Bundan əvvəl Nausėda arvadının qardaşının bizneslə məşğul olması ilə bağlı baş nazirdən izahat və ya istefa tələb etmişdi.