AZ

Erməni polisinə BTR-80 və BRDM-2 zirehli maşınları veriləcək

Hurriyyet.az "Sputnik Ermənistan" agentliyinə istinadla xəbər verir ki, Ermənistanda polis qvardiyası antiterror əməliyyatlarının keçirilməsi və hərbi vəziyyət elan edilmiş ərazilərdə hərbi əməliyyatlarda istifadə edilməsi üçün  zirehli hərbi texnika ilə təchiz ediləcək. 

Erməni polis qvardiyasına BTR-80 və BRDM-2 zirehli transportyorları veriləcək. Qərar 2025-ci il noyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Ermənistanda 2024-cü ildən bəri polis qvardiyası daxili qoşunları əvəz edib.

Hürr Tərcüman

Seçilən
26
hurriyyet.az

1Mənbələr