AZ

Türkiyənin “Siper” zenit-raket kompleksi seriyalı istehsal olunacaq

Türkiyədə hazırlanmış uzun mənzilli “Siper” zenit-raket kompleksi qəbul sınaqlarından uğurla keçərək seriyalı istehsala hazır olduğunu təsdiqləyib.

Herbiand.az bildirir ki, bu barədə “Daily Sabah” qəzeti Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin rəhbəri Haluk Görgünə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu, ölkənin hava məkanının təhlükəsizliyinin gücləndirilməsində əsas məqamdır. Türkiyənin aparıcı müdafiə şirkətləri ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE tərəfindən hazırlanmış “Siper” sistemi qırıcılar, pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlər də daxil olmaqla, 150 km-ə qədər məsafədə yüksək hündürlükdəki təhlükələrin qarşısını almaq üçün nəzərdə tutulub.

Haluk Görgün vurğulayıb ki, raketin qəbul sınaqlarının uğurla başa çatması onun seriya istehsalına və Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbuluna hazır olduğunu təsdiqləyir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
28
herbiand.az

1Mənbələr