“Kuruluş Osman” serialının yeni mövsümə hazırlıqları davam edərkən baş rolda yer alan məşhur aktyor Burak Özçivit layihədən ayrılıb. Aktyorun epizod başına istədiyi 4 milyon TL-lik qonorar tələbi səbəbilə prodüserlə anlaşa bilmədiyi bildirilir.
"Unikal" xəbər verir ki, Özçivitin ayrılmasından sonra “Osman Bəy”in oğlu “Orxan Bəy” obrazını kimin canlandıracağı da müəyyənləşib. Serialın istehsalçısı "Bozdağ" Film, sosial media vasitəsilə verdiyi açıqlamada bu rolu aktyor Mert Yazıcıoğlunun canlandıracağını elan edib. Yazıcıoğlu, ötən mövsüm “Kızıl Goncalar” serialında “Cüneyd” obrazı ilə diqqət çəkmişdi.
Qeyd edək ki, Burak Özçivit bu vaxta qədər “Çalıkuşu”, “Küçük Sırlar” və “Baba Ocağı” kimi bir çox layihədə rol alıb. O, bir neçə ildir ki, “Kuruluş Osman” serialında "Osman Bəy"i canlandırırdı.