Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 131 milyard 408 milyon dollara, idxalı isə 7,2% artaraq 180 milyard 845 milyon dollara çatıb.
Banco.az xəbər verir ki, yanvar-iyun aylarında ölkənin xarici ticarət kəsiri 16,3% artaraq 49,4 milyard dollara yüksəlib.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında ixrac əvvəlki ilin eyni ayına görə 7,9% artaraq 20 milyard 515 milyon dollara, idxal isə 15,2% artaraq 28 milyard 68 milyon dollara çatıb. Hesabat dövründə ixracda Almaniya birinci, idxalda isə Çin birinci yerdə qərarlaşıb.
1 milyard 728 milyon dollarlıq məhsul Almaniyaya, 1 milyard 266 milyon dollarlıq Böyük Britaniyaya, 1 milyard 197 milyon dollarlıq ABŞ-ə, 1 milyard 70 milyon dollarlıq İtaliyaya, 890 milyon dollarlıq Fransaya ixrac edilib. Bu ilk beş ölkəyə ixrac ümumi ixracın 30%-ni təşkil edib.
İdxalda isə Çin birinci yerdə olub. İyun ayında Çindən idxal 3 milyard 831 milyon dollar, Rusiyadan 3 milyard 316 milyon dollar, Almaniyadan 2 milyard 698 milyon dollar, ABŞ-dən 1 milyard 468 milyon dollar və İsveçrədən 1 milyard 117 milyon dollar dəyərində olub. Bu beş ölkədən idxal ümumi idxalın 43,3%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!