AZ

Sovetskinin yerində “yaşıl” ümid: Bakı sakinləri Mərkəzi Parkla bağlı fikirlərini bölüşür (FOTO)

Bakı. Trend:

Bakının "Sovetski" məhəlləsi kimi tanınan ərazinin söküntüsünə2013-cü ildən başlanılıb. Ərazidə uzunmüddətli söküntü işləri başaçatdıqdan sonra, 2016-cı ilin avqust ayından etibarən genişmiqyaslıyenidənqurma layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində yeniyolların çəkilməsi, mövcud küçələrin genişləndirilməsi və təmirişləri aparılıb. Eyni zamanda, məhəllənin yaşıllaşdırılması üçüngeniş abadlıq işləri görülərək, parklar və yaşıllıq zonalarısalınıb.

Trend xəbərverir ki, həmin layihələrdən ən əsası "Sovetski"nin yerində salınanböyük parklardan biri də məhz Mərkəzi Parkdır. Mərkəzi Parkınbirinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin vəBirinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da,üçüncü hissəsinin açılışı isə ötən il noyabrın 7-də olub.

Parkın birinci hissəsi yerüstü piyada keçidləri və zolaqlarınbirləşdirdiyi altı hissədən ibarətdir. Bu keçidlər əsasənavtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzə AğaƏliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa edilib.Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarındayaşıllıq salınıb. Mərkəzi Parkda bütün yaş qruplarından olaninsanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idmanqurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.

Parkın ərazisində ümumilikdə 9 fəvvarə mövcuddur. İstirahətparkında müasir işıqlandırma sistemi və infrastrukturun birmərkəzdən idarə olunması üçün təhlükəsizlik kameralarıquraşdırılıb. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıqgül və kol bitkiləri əkilib. Parkda yaşıllıqları suvarmaq üçün 6.5kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa,Mərkəzi Parkın ərazisində drenaj xəttlər də çəkilmişdir.

Parkın ərazisində Mirzə Ağa Əliyev küçəsi və Təzəpir məscidiarasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaqtəbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameralarıilə təchiz edilib.

Bəs, şəhər sakinləri parkın genişləndirilməsi barədənə düşünür?

Baki sakini Yeganə Qaraşova bildirib ki, buparkların açılmasından, genişləndirilməsindən ən çox sevinəninsanlardan biri də odur:

“Başda Prezident İlham Əliyev olmaqla, bu işdə əməyi keçən hərkəsə təşəkkür edirəm. Mən belə parkların sayının və əhatəsinin dahada artmasını arzu edirəm. Əvvəlki dövr ilə bu gün arasında böyükfərq var. Əvvəllər bu parkın yerində paytaxtımız üçün xoş olmayangörüntü vardı. İndi isə bu parklar insanların gözünü oxşayır,gənclər burada istirahət edir, uşaqlar isə oynayırlar”.

Digər sakin Murad Cəfərov əalvə edib ki,parkların genişləndirilməsi olduqca vacib və uğurlu addımdır:

“Əvvəlki dövrlə indiki arasında gözlə görünəndən də artıqdəyişiklik var. Bu parkın salınması şəhərin mərkəzinə gözəllikqatdı və böyüdülməsi onu daha da gözəlləşdirəcək. Biz dostlarımızlatez-tez bu parka gəlir, asudə vaxtımızı burada keçiririk. Bura həmgənclər, həm də uşaqlar üçün təhlükəsiz məkandır.”

Sakinlərdən Qadir Dadaşovun sözlərinə görə, parklarıngenişləndirilməsi həm gənclər, həm də yaşlılar üçün faydalıdır:

“Uşaqlar daha rahat və təhlükəsiz şəraitdə əylənə, istirahətedirlər. Vətəndaşların hər biri isə gündəlik təmiz hava alaraqgəzintiyə çıxa bilirlər. Parkların genişləndirilməsi həm insanlar,həm də ev heyvanları üçün faydalıdır. Əvvəlki dövrlə indikiarasında xeyli fərq görünür”.

Sakin Yeganə Orxanbəyli isə qeyd edib ki,ekologiyamıza yaşıllıq vacibdir:

“Bu parklar havanın təmizlənməsinə kömək edir. Bu, çox lazımiaddımdır, insanlar gəlib burada istirahət edir. Mən illərdir buərazidə yaşayıram və əvvəlki illərlə indiki arasında böyük fərqvar. Bu çox gözəl təşəbbüsdür, belə parklar artıq şəhərimizin həryerində açılır və xoş ab-hava yaradır”.

Nigar adlı sakini də fikrini belə ifadəedib:

“Parklar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Əsasənağacların çox olmasını istəyirəm. Yay ayları çox isti olur, ağaclarçox olarsa, kölgəmiz daha geniş olar. Bura uşaqlar üçün də xoş vətəhlükəsizdir. Onlar burada doyunca əylənə və öyrənə bilirlər. Eynizamanda, dayanacaqların sayının artırılmasını da istəyirəm. Nəqədər çox dayanacaq olsa, bir o qədər yaxşıdır”.

Şəhərin gənc sakinlərindən olan Səma Həziyevabildirib ki, indiki zamanda parkların böyüdülməsinə ehtiyacvar:

“Şəhərdən biraz uzaqlaşa bilmək üçü parkların böyüdülməsinəehtiyac olduğunu düşünürük. Parklar avtomobil yollarından uzaqolduğu üçün təhlükəsizlik baxımından çox yaxşıdır. Həm dəinsanların bir-birilə ünsiyyət qurması üçün də yaxşıdır. İllərkeçdikcə şəhərimizdə yaşıllıqların artması bu sahədəirəlilədiyimizin nümunəsidir. Biz də fürsət düşdükcəyoldaşlarımızla yolumuzu buradan salır, təmiz hava altında maraqlımüzakirələr edir, kitablar oxuyuruq”.

Son olaraq vurğulamaq lazımdır ki, Mərkəzi ParkBakının yaşıl transformasiyasının təsadüfi olmadığını açıq şəkildənümayiş etdirir. Bu, diqqətlə düşünülmüş və məqsədyönlü birlayihədir. Uzun illər boyunca insanlar şəhərin inkişafını yalnızyüksək və müasir binaların ucaldılması ilə ölçürdülər. Lakinzamanla bu düşüncə tədricən dəyişdi və indi şəhərin inkişafı təkcəfiziki infrastrukturla deyil, həm də onun nəfəs ala bilən, təbiətləharmoniyada yaşayan məkanlar kimi formalaşması iləqiymətləndirilir. Şəhərin böyüməsi indi daha çox təmiz hava,sakitlik və təbiətin incə səslərini duymaqla, insanların həyatkeyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Bu baxımdan, Mərkəzi Parkşəhər sakinlərinin rahatlığına və estetik zövqünə xidmət edən, eynizamanda Bakı üçün yeni bir inkişaf mərhələsinin simvoluolacaq.

Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Sovetskinin
Məqalədə:
Seçilən
20
3
az.trend.az

4Mənbələr