AZ

ABŞ-ın neft ehtiyatları 7,7 milyon barel artıb

ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə 7,7 milyon barrel artıb.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkənin ticari xam neft ehtiyatlarının keçən həftə 7,7 milyon barrel artaraq 426,7 milyon barrelə çatdığını açıqlayıb. Bazar gözləntiləri ehtiyatların təxminən 2,3 milyon barel azalması idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 200 min barel artaraq 402,7 milyon barrelə çatıb.

Bu dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 2,7 milyon barel azalaraq 228,4 milyon barrelə düşüb.

Neft hasilatının artması

ABŞ-ın gündəlik xam neft hasilatı 19-25 iyul həftəsində 41 min barel artaraq 13,3 milyon barrelə çatıb.

Digər tərəfdən, ölkənin xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik 159 min barrel artaraq 6 milyon 136 min barrelə, xam neft ixracı isə gündəlik 1 milyon 157 min barrel azalaraq 2 milyon 698 min barrelə çatıb.

Seçilən
3
1
kommersant.az

2Mənbələr