Egey dənizində 4 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 8,45 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ zamanı hər hansı itki baş verməyib.