AZ

“Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsi uğurla başa çatıb - FOTOLAR

"Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsini həyata keçirir.  Layihənin əsas məqsədini  uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirməkdə sosial mütəxəssislərin rolunun gücləndirmək və  müvafiq dövlət qürumları ilə müzakirələrin aparılması  təşkl edir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində  son tədbir olaraq, Qəbələ rayon İcra Hakimiyyəti və Qəbələ Uşaq və  Ailələrə  Dəstək Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Qəbələ rayonunda dəyirmi masa  keçirilmişdir. Dəyirmi masada  sosial mütəxəsislərin rolunun gücləndirilməsi, uşaqların sosial mühitə inteqrasiya olunmasıın təşkilində  və hüquqi, sosial-psixoloji dəstəyin həyata keçirilməsində sosial mütəxəssislərin rolu məsələləri müzakirə edilib. Tədbirdə 26 sosial- psixoloji xidmət göstərən mütəxəssis, müvafiq dövlət qürumlarının əməkdaşları iştirak edib.

Tədbiri  Qəbələ  rayon  icra hakimiyyətinin Uşaq hüquqlarının müdaiəsi üzrə komissiyanın psixoloqu Mələkxanım Ədilova açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirərək, belə müzakirələrin keçirilməsinin xüsusi  əhəmiyyətini qeyd etmişdir. Qəbələ Uşaq və  Ailələrə  Dəstək Mərkəzinin direktoru Nərmin Cabbarlı həyata keçirilən layihənin işinə uğurlar arzulamış, uşaqların təhlükəsizliyi və  hüquqlarının qorunmasında həyata keçirdikləri fəaliyyətlər haqqında ətraflı məlumat vermişdir.

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və  vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, müasir dünyada sosial mütəxəssislərin üzərinə də ciddi və  məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində “Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və  hüquqlarının müdafiəsində  əsas amil kimi”  mövzusunda   dəyirmi masaların təşkil  olunmasında əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq, spesifik ehtiyacların müəyyən edilməsi üçün müzakirələrin təşkil olunmasından ibarətdir.

Digər çıxış edənlər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşı Nadirli Şəmsiyyə, Şəki-Zaqatala regional təhsil İdarəsinin Qəbələ üzrə təhsil sektorunun əməkdaşı Məlahət Hüseynova,  Sosial Xidmətlər Agentliyinin  Şəki-Zaqatala Regional filialının  aparıcı mütəxəssisi Xəyal Nəzirov uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində görülən işlər haqqında məlumat vermiş, layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində  həyata keçirilməsinin vacibliyini vurğulamışlar. Layihə üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və  hüquqlarının müdafiəsində  əsas amil kimi, 

uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlara sosial xidmətlərin  göstərilməsinin gücləndirilməsinin vəziyyəti, yeni yanaşmalar mövzusunda təqdimat etmiş, çətin həyat şəraitində, sağlamlıq imkanları məhdud  və xüsusi qayğıya ehtiyacı olan  uşaqlara sosial xidmətlərin göstərilməsinin vəziyyəti: uğurlu təcrübələr,  ehtiyaclar mövzusu ətrafında müzakirələr  təşkil olunmuş, müvafiq təkliflər verilmişdir.

Tədbir iştirakçıları vacib və  aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini  bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində  mühüm rolu olduğunu ifadə etmişlər. 

Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilmiş, xatirə fotoşəkili çəkilmişdir.

Seçilən
6
11
qht.az

10Mənbələr