İbrahima Vadjinin “Turan Tovuz”a keçidi rəsmiləşib.
Msport.az xəbər verir ki, bu barədə Tovuz klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Son olaraq Fransa təmsilçisi “Sent-Etyen”də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund”, ölkəmizdə isə “Qarabağ”ın formasını geyinib.