AZ

Nəbatat Bağına getmək təhlükəlidir? - RƏSMİ

Bir neçə gün öncə Mərkəzi Nəbatat Bağında baş verən hadisə 7 yaşlı uşağı ilan sancması ictimai yerlərdə təhlükəsizlik məsələsini gündəmə gətirib. 

Bu park təkcə müxtəlif bitkilərlə yox, həm də ailələrin sakit gəzinti üçün seçdiyi yerlərdən biridir. Amma baş verən bu hadisə parkın nə dərəcədə təhlükəsiz olduğunu sual altına salıb. 

Bəs bu hadisədən sonra parkta hansı təhlikəsilik tədbirləri görülüb? 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.

“Cebheinfo.az”-a qurumdan bildirildi ki, bağda təbii mühit qorunduğu üçün ziyarətçilər yalnız müəyyən yerlərdə gəzməli, uşaqlara nəzarət etməlidir: 

“Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir. Bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür. 

Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar. Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir”. 

Seçilən
19
cebheinfo.az

1Mənbələr