AZ

Qeyri-neft sektorunda ixracatçı şirkətlər açıqlandı TOP5

BAKI, 31 iyul. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektləri arasında ən yüksək göstərici “MKT İstehsalat Kommersiya” MMC- yə aid olub.

Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən xəbər verir ki, şirkət xaricə 62,3 milyon ABŞ dolları dəyərində məhsul satıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir. Belə ki, 2024-cü ildə ixrac 55 milyon dollar olub.

Reytinqdə ikinci yeri 46,4 milyon dollar ilə “AIMKL”nin Azərbaycandakı nümayəndəliyi tutub. Bu göstərici 2024-cü ildəki 11,1 milyon dollarlıq ixracla müqayisədə əhəmiyyətli artım deməkdir.

Üçüncü yerdə 28,9 milyon dollarlıq ixracla “Baku Steel Company” QSC qərarlaşıb və şirkətin ixracı 2024-cü ildəki 28 milyon dollarla müqayisədə demək olar ki, sabit qalıb.

“Export Stream” MMC 28,5 milyon dollarla 2024-cü ildə sıfır olan ixracını artıraraq 4-cü yerdə, “P-AQRO” MMC isə 21,1 milyon dollarla əvvəlki ilin 25,2 milyon dollar göstəricisindən az ixrac edib və 5-ci yerdə qərarlaşıb.

Qeyri-neft sektoru üzrə digər əsas ixracatçılar sırasında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 20,8 milyon dollar (2024- 13,9 milyon), “Avrora” MMC 19,7 milyon dollar (2024- 1,5 milyon), “Sahdag Sy” MMC 19,4 milyon dolla, “UYTROP” MMC 18 milyon dollar, “Green Tech” MMC isə 16 milyon dollar (2024-13 milyon) ixracat göstərib.

Seçilən
5
teleqraf.com

1Mənbələr