“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış etmiş hücumçu İbrahima Vadji ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.