AZ

Regionlar üzrə ən çox bal toplayanlar: Lənkaran-Astara bölgəsinin ŞAGİRDLƏRİ

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.

AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək. 

Yüksək bal toplayanların siyahısı üçün Lənkaran-Astara Regional Təhsil İdarəsinə müraciət etdik.

İdarədən bildirilib ki, Astara rayon Ərçivan qəsəbə Natiq Kərimov adına 3 saylı tam orta ümumtəhsil məktəbin məzunu Ağayev Əliəkbər Xanağa - 697 bal (IV qrup) toplayaraq ən yüksək nəticəni əldə edib.

165274

Astara, Masallı və Lənkaran rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:

Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyasının məzunu Həsənov Fizuli İlqar oğlu- 693 bal;

165277

Masallı rayon Göyəçöl kənd tam orta ümumtəhsil məktəbinin məzunu, Yaşiyar İsayev 685,5 bal;

165278

Masallı rayon Həsənli kənd tam orta məktəbinin məzunu Zəhra Ramizli 684 bal;

165279

Masallı rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu, Fazil Zalıyev 682,6 bal.

165280

Astara rayon Cəfər Cabbarlı adına Kakalos kənd tam orta ümumtəhsil məktəbinin məzunu, Əhmədzadə Yusif 682 bal;

165281

Seçilən
14
azedu.az

1Mənbələr