AZ

Türkiyədə 4 milyard dollarlıq neft ehtiyatı tapılıb

2025-ci ildə Türkiyədə 57 milyon barellik yeni neft ehtiyatları aşkar edilib və onun iqtisadi dəyəri 4 milyard dollar qiymətləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

"Bu il ölkənin müxtəlif bölgələrində 57 milyon barel neft ehtiyatı aşkar edilib. Onların iqtisadi dəyəri təqribən 4 milyard dollardır. Həmçinin Diyarbəkir rayonunda şist qazı və şist nefti də daxil olmaqla 4-6 milyon barel karbohidrogen ehtiyatlarının kəşf edilməsi potensialı var", - nazir qeyd edib.

Bundan əlavə, Alparslan Bayraktar Qara dənizdə əhəmiyyətli kəşfə diqqət çəkib - "Göktəpə-3" quyusunda 75 milyard kubmetr təbii qaz tapılıb. Onun sözlərinə görə, bu həcm Türkiyənin bir il yarım ərzində qaz ehtiyacını ödəməyə kifayət edir.

Nazir vurğulayıb ki, karbohidrogen ehtiyatlarının kəşfiyyatı və axtarışı davam edir.

Seçilən
16
operativmm.az

1Mənbələr