AZ

Acun daha bir türkiyəlini ''Hall Siti''yə gətirir

Çempionşip təmsilçisi ''Hall Siti''ni satın aldıqdan sonra bir çox türkiyəli futbolçunun İngiltərəyə yolunu açan Acun Ilıcalı daha bir türkiyəliyə göz qoyub.

Tanınmış iş adamı və şoumen bu dəfə ''Trabzonspor''un forvardı Enis Destanı komandasına transfer etmək niyyətindədi. Türkiyə mətbuatının iddiasına görə Acun artıq həm futbolçunun klubu, həm də özü ilə anlaşma əldə edib.

Qeyd edək ki, İngiltərə Futbol Liqasının ''Hall Siti''yə verdiyi transfer cəzası hələ də qüvvədədi. ''Pələnglər'' yalnız icarə əsasında və ya sərbəst statusda olan futbolçunun transferini həyata keçirə bilərlər. Bu üzdən bu keçid böyük ehtimalla icarə əsasında baş tutacaq.

Qaradənizlilərin vitse-prezidenti Zeyyat Kafkas də iddiaları təsdiqləyərək transferin 1-2 gun içində rəsmən açıqlanacağını bildirib. ''Altınordu''nun yetirməsi olan 23 yaşlı Enis 2022-ci ildən ''Trabzonspor''un üzvüdü.

2022/23-ü icarə əsasında Polşa təmsilçisi ''Varta''da keçirən və istedadını hələ tam olaraq açmayan forvard ötən mövsüm 26 rəsmi oyunda aktivinə yalnız 2 qol, 2 məhsuldar ötürmə yaza bilib.

Seçilən
10
football-plus.az

1Mənbələr