Keyfiyyətli yuxu həm bədən, həm də zehni sağlamlıq üçün vacibdir. Lakin yuxudan əvvəl edilən bəzi səhvlər bu prosesi pozaraq sizi yorğun və halsız oyana biləcəyiniz bir günə sürükləyə bilər.
Pravda.az bildirir ki, aşağıdakı vərdişlərdən uzaq durmaqla yuxu keyfiyyətinizi artıra bilərsiniz.
Rəqəmsal cihazlardan istifadə – Yatmazdan əvvəl telefon və ya kompüterə baxmaq melatonin hormonunun ifrazını azaldır, bu da yuxuya getməni çətinləşdirir. Cihazlardan ən az 1 saat əvvəl uzaq durmaq tövsiyə olunur.
Kafeinli içkilər – Qəhvə və çay kimi içkilərdəki kafein orqanizmdə 12 saata qədər qalaraq yuxuya getməni gecikdirə bilər. Xüsusilə günün ikinci yarısından sonra bu içkilərdən uzaq durmaq məsləhətdir.
Yatmazdan əvvəl qida qəbulu – Gec saatlarda yemək, xüsusilə yağlı və ədviyyatlı qidalar reflü və narahatlığa səbəb ola bilər. Yuxudan ən az 3 saat əvvəl yeməyi dayandırmaq tövsiyə edilir.
İşləri yatağa daşımaq – Yatmazdan əvvəl işlə bağlı e-poçtları yoxlamaq və ya qalıq işləri tamamlamağa çalışmaq stress yaradır, bu da yuxu keyfiyyətinə mənfi təsir edir.
Yataqda yuxunun gəlməsini gözləmək – Uzun müddət yataqda o tərəf-bu tərəfə dönmək stressə səbəb olur. Əgər 20 dəqiqə ərzində yuxuya gedə bilmirsinizsə, qalxıb sakitləşdirici bir fəaliyyətlə məşğul olmaq daha faydalı ola bilər.
Əminə Bayramova