"Rusiya lideri Vladimir Putin üçün Ukrayna çox önəmlidir və o, müharibəni üç gün ərzində bitirməyi planlaşdırırdı".
Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, genişmiqyaslı işğal artıq üç ildən çoxdur davam edir və bu müddət Putinin üçün çox çətin olub.
Tramp həmçinin həyat yoldaşı Melaniya Trampın Putinə qarşı münasibətindən danışıb. O deyib ki, xanımı ona Putinə rəğbətlə yanaşdığını bildirir. Amma danışıqların "əla" keçməsinə baxmayaraq, Ukraynanın bombardman edilməsi xəbəri onları şoka salıb:
"Biz yaxşı danışırıq, sonra evə qayıdıram, xəbərləri açıram və görürəm ki, Kiyev bombardmana məruz qalıb. Belə olmaz. Mən deyirəm: "Bir dəqiqə, mən indi onunla danışırdım, indi isə vəziyyət birdən dəyişdi"".
Tramp həmçinin müharibənin nə vaxt bitəcəyini bilmədiyini etiraf edib və bunun uzun bir proses olacağını vurğulayıb.
Asya
Milli.Az