Zəngəzur dəhlizinin uyğun və yaxın bir zamanda açılması ehtimalını yüksək hesab edirəm.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün deyib.
O əlavə edib: "Çünki Zəngəzur dəhlizi yalnız Türkiyənin və Azərbaycanın milli maraqlarına xidmət etmir. Əgər beynəlxalq və regional səviyyədə inteqrasiya prosesi sürətlənəcəksə, Orta Dəhlizdə Çindən başlayıb Londona qədər uzanacaq quru yolları və dəmir yolu xətlərinin, önəmli neft və qaz kəmərlərinin daha sürətli və qısa keçidi ancaq Zəngəzur dəhlizinin açılması ilə mümkün olacaq. pizza mizza
Zəngəzur Dəhlizinə tək Şərq və Qərb deyil, eyni zamanda Şimal və Cənub perspektivindən də baxmaq lazımdır. İkinci Qarabağ savaşından sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşlərində hər zaman 3+3 formatı müzakirə edilirdi. Yəni bölgədə yalnız Azərbaycan, Ermənistan və Gürcüstan deyil, Türkiyə, İran, Rusiya da bu formata daxil edildi ki, hər kəsin marağında olan bir həll ortaya qoyulsun. Hazırda zaman-zaman müəyyən müzakirələr olsa da, inanıram ki, xüsusilə Azərbaycanla Ermənistan arasında mümkün daimi sülh sazişinin imzalanmasının reallaşması ilə Zəngəzur dəhlizi qarşıdakı 1-2 il ərzində açılacaq.
Xüsusilə, Orta Dəhlizin effektivliyinin təmin edilməsi və Şərq-Qərb istiqamətində ticarətinin həcminin artırılması baxımından bunun mümkün olacağına inanıram, bunu gözləyirəm. Amma bir diplomat olaraq Zəngəzur dəhlizinin açılacağı tarixi söyləməm mümkün deyil. Çünki bunu heç kim bilmir, çox aktorlu bir oyundur.
Öncə iki müstəqil dövlət olaraq Azərbaycan və Ermənistanın buna qərar verməsi lazımdır. Savaşın qalibi kimi Azərbaycanın haqlı olaraq bəyan etdiyi, 2020-ci ildəki anlaşmada da ifadə edildiyi kimi bu dəhlizin açılması lazımdır. Amma bunun zamanı və şərtlərinin nə olacağı hər iki tərəfin müstəqil dövlət olaraq razılaşmasından asılıdır. Türkiyə olaraq biz regionda sülh və sabitlik baxımından bu dəhlizin açılmasını, daimi sülh sazişinin imzalanmasını dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında normallaşma ilə regionda 30 ildən çox davam edən gərginliyə son qoyulacaq, Türk dünyasından keçəcək dəhlizin açılması asanlaşacaq. Bu bizim milli maraqlarımıza uyğundur, eyni zamanda hər kəsin xeyrinədir. Ona görə də biz bunu dəstəkləyirik".
Telegram kanalımız