AZ

“Aztəminatlı Ailələrlə İş” layihəsi çərçivəsində maarifləndirici təlimlərə start verildi - FOTOLAR

"Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi tərəfindən 21,22,-23 iyul 2025-ci il tarixində Bakı şəhərində aztəminatlı ailələrlə maarifləndirici təlimlər keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aztəminatlı Ailələrlə İş” adlı layihə çərçivəsində baş tutub.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi aztəminatlı ailələrin hüquqi, psixoloji və sosial-iqtisadi bilik və bacarıqlarını artırmaq, onların məşğulluq imkanlarını genişləndirməklə sosial inteqrasiyasını gücləndirməkdir. Tədbirdə iştirakçılara hüquqi, psixoloji və sosial dəstək mövzularında təlimlər və fərdi məsləhətlər təqdim olunub. Layihə çərçivəsində aşağıdakı istiqamətlər üzrə fəaliyyətlər davam etdirilir:

  • Hüquqi, psixoloji və sosial-iqtisadi mövzularda maarifləndirici sessiyalar;
  • Hüquqi və psixoloji fərdi məsləhətlərin göstərilməsi;
  • Ailələrin dövlət və sosial xidmətlərə çıxış imkanlarının artırılması;
  • İşəgötürmə və bacarıq inkişafı üzrə təlimlər.

Təlimin ilk günü layihə rəhbəri tədbiri açaraq bildirib ki, təlimlərdə əsas diqqət psixoloji rifaha və sosial-iqtisadi məsələlərə yönəlməklə yanaşı, ailələrin digər hüquqlarının bərpası istiqamətində də həllinə töhfə veriləcəkdir.Təlimlər çərçivəsində stresslə mübarizə, daxili psixoloji resursların aşkarlanması, uşaq tərbiyəsində aqressiyadan uzaq yanaşmalar, ailədaxili ünsiyyət mövzuları, qanunveiciliyə baxış, sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya fəaliyyətləri  müzakirə olunmuşdur.

Bununla yanaşı təlimlər boyu layihənin icrasında əməkdaşlıqda edərək ailələrin məşqulluğu, ölkədə mövcud qurumlar və bu sahədə görülən işlərə bağlı məlumatları bölüşmək məqsədilə dəvət olunmuş qonaqlar   iştirak etmiş və ailələrlə bir başa ünsiyyət etmişlər. Görüş zamanı ekspertlər bu sahədə fəaliyyəti, ailələrin bilik və bacarıqlarının müəyyənləşərək sahibkarlıq fəaliyyətinə stimullaşdırılması təşkil edilmişdir. 

Görüşdə 25 nəfər aztəminatlı, işsiz və sağlamlıq imkanları məhdud şəxslər (23 qadın, 2 kişi) iştirak edib. Onlar öz sosial problemlərini səsləndirib, təkliflərini bölüşüblər.

Həmçinin layihəyənin icrasına və bunun çərçivəsində təşkil edilən tədbirlərin keçirilməsində yaratdığı şəraitə və texniki dəstəyə görə Qərbi Azərbaycan İcmasının Nizami rayon üzrə nümayəndəliyinə təşəkkürümüzü bildiririk!  

Layihənin davamı və əhatə dairəsi

“Aztəminatlı Ailələrlə İş” layihəsi 01 iyun – 31 avqust 2025-ci il tarixlərini əhatə edir və Bakı şəhərinin sosial cəhətdən zəif ərazilərində həyata keçirilir. Layihə gender bərabərliyi prinsiplərinə əsaslanaraq qadın və kişilərin bərabər iştirakını təmin edir.

Seçilən
5
3
qht.az

4Mənbələr