AZ

"Turan Tovuz" klubu "Qarabağ"ın sabiq futbolçusu ilə anlaşıb



"Turan Tovuz" klubu "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vaci ilə anşalıb.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Son klubu "Sent-Etyen" (Fransa) olan hücumçu ilə "1+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesunn", Azərbaycanda isə "Qarabağ"ın formasını geyinib.
Seçilən
11
6
reyting.az

3Mənbələr