Meksikanın Miçoakan əyalətindəki 2500 illik piramida güclü leysan yağışından sonra dağılıb.
"Unikal" xəbər verir ki, bu barədə Meksika Milli Antropologiya və Tarix İnstitutu (INAH) məlumat yayıb.
Bildirilir ki, dağıntılara çatlamış divarlardan sızan yağış sularının səbəb olub. Quruluşun aşağı mərtəbəsi, xarici fasadı və dayaq özəyi tamamilə zədələnib.
"Dağılan struktur Azteklər tərəfindən fəth edilməyən yeganə sivilizasiya olan P'urhepecha Krallığına aid idi. İhuatzio bu mədəniyyətin ən toxunulmaz izlərindən birini daşıyırdı. Piramida sadəcə bir abidə deyildi canlı xalqın mədəni yaddaşının simvolu idi", - məlumatda qeyd olunub.