“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji Azərbaycana qayıdıb.
Futbolpress.az xəbər verir ki, “Turan Tovuz” son olaraq Fransa təmsilçisi “Sent-Etyen”də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalayıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund”, ölkəmizdə isə “Qarabağ”ın formasını geyinib.