"Turan Tovuz" klubu yeni transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi İbrahima Vadjini heyətinə cəlb edib. Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.