Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginliyi ilk növbədə Əliyevdən asılıdır, amma reallıqda çox şey bizdən asılıdır – bu tarixi şansdan istifadə etməliyik.
Publika.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan “NEWS.am”a müsahibəsində Rusiya ilə Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı deyib.
"Biz "odun üzərinə yağ tökməliyik", yəni rusiyalı tərəfdaşlarımıza daim açıq-aşkar azərbaycanpərəst lobbiçiliklə məşğul olan siyasətçiləri göstərməliyik. Bu, ideal ssenari olardı", - deyə Balasanyan izah edib və əlavə edib ki, indiki Ermənistan hakimiyyəti Rusiyanı hibrid müharibə aparmaqda ittiham etməklə, əslində bu müharibəni yalnız Ermənistanın özünə qarşı aparır.
Ekspertin fikrincə, onun haqqında danışdığı hərəkətləri Ermənistan öz diplomatik nümayəndəlikləri və Moskva və Rusiyanın digər şəhərlərindəki erməni diasporu vasitəsilə həyata keçirməlidir.