AZ

ABŞ-da "ən yaşlı körpə" doğuldu

ABŞ-da

MIT Technology Review yazır ki, ABŞ-da 1994-cü ildən bəri dondurulmuş şəkildə saxlanılan embriondan uşaq dünyaya gəlib. Taddeus Daniel Pirs adlı körpə 26 iyulda doğulub. Onu dünyaya gətirən qadın, embrionu illər əvvəl dondurmaq qərarı verən qadın deyil. Maraqlısı budur ki, oğlanın bioloji valideynlərindən olan 30 yaşında bir bacısı da var.Yeni doğulan körpə artıq “ən yaşlı körpə” adlandırılır. Embrionu illər əvvəl klinikaya bağışlayan 62 yaşlı Linda Arçerd bu hadisəni “surrealist” adlandırıb. O, vaxtilə təbii yollarla ana ola bilmədiyi üçün süni mayalanma (EKO) texnologiyasından istifadə edib. Həkimlər onun yumurtalarından dörd embrion əldə ediblər, lakin həyat yoldaşı yalnız bir uşağa razılıq verib. Nəticədə cütlük boşanıb.Linda gələcəkdə başqa bir partnyorla uşaq sahibi olmaq ümidi ilə embrionları dondurub saxlamağa qərar verib. Zaman keçdikcə onun bədəni hamiləliyə uyğun olmayıb və o, embrionları digər cütlüklərə verməyi qərara alıb. Embrionların saxlanması üçün illik təxminən min dollar ödəyib. İndi isə o, bioloji oğlunun dünyaya gəlməsi ilə bu xərcin özünü doğrultduğunu deyir.Ulusum.az

Diqqət Çəkənlər

ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir

Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi

Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO

Seçilən
27
ulusum.az

1Mənbələr