AZ

"Qarabağ"ı ələ salan klub prezidenti: "Ağzımı tikmək məcburiyyətində qalacağam"

"Drita" bizi üstələsə, futboldan gedəcəyik. Çünki bu klubdan daha zəifi yoxdur"...

Oxu.Az xəbər verir ki, bunu Rumıniyanın FKSB klubunun prezidenti Cici Bekali komandasının Şimali Makedoniya "Şkendiya"sına 1:2 hesabı ilə məğlub olaraq UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasını şərh edərkən deyib.

"Hamınızı təbrik edirəm, məndən daha yaxşı dua edirdiniz. Üç-beş ay ərzində futbol barədə danışmamaq qərarına gəldim. Baş verənlər əsl biabırçılıqdır. Klubun uğurları mənə danışmaq haqqı verirdi, amma bundan sonra nə deyə bilərəm? Komanda məni gülünc hala salırsa, danışmaq hüququm var? İndi sizinlə birlikdə mən də gülürəm. UEFA Avropa Liqasında əsas mərhələyə yüksələ bilsək, danışacağam. Amma indi ağzımı tikmək məcburiyyətindəyəm".

Bekali Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları Kosovonun "Drita" klubunu zəif adlandırıb:

"Əsas mərhələyə yüksəlsək, sevinəcəyəm. "Drita" bizi üstələsə, futboldan gedəcəyik. Belə də olmalıdır, çünki bu rəqibdən daha zəifi yoxdur".

Qeyd edək ki, Cici Bekali bir müddət öncə "Şkendiya"nı məğlub edəcəklərini demiş və növbəti mərhələdə potensial rəqib olan "Qarabağ"ı asan rəqib adlandırmışdı.

Poliqon.info

Seçilən
21
3
poliqon.info

4Mənbələr