BAKI, TurkicWorld
Avstraliyanın Baş naziri Entoni Albanese iki dövlətli həllə dəstək məqsədilə Fələstinin tanınmasının mümkün olduğunu bildirib
TurkicWorld xəbər verir ki, Entoni Albanese ölkəsinin Fələstin Dövlətini tanımağa hazır olduğunu və bunun üçün uyğun şərtlərin formalaşmasını gözlədiyini açıqlayıb.
O, bu bəyanatı Avstraliyanın Türkiyə, Avropa Birliyi, Ərəb Liqası və daha 16 ölkə ilə birgə imzaladığı Nyu-York Bəyannaməsindən sonra verib.
“Əgər bu tanınma iki dövlətli həllin həyata keçirilməsinə şərait yaradacaqsa və uyğun şərtlər təmin olunacaqsa, Avstraliya bunu nəzərdən keçirməyə hazırdır.”- deyə Albanese qeyd edib.
Qeyd edək ki, Avstraliya uzun müddət ərzində Fələstin Dövlətinin tanınması məsələsində ehtiyatlı mövqe sərgiləyib. Lakin Qəzzada davam edən müharibə, humanitar fəlakətin dərinləşməsi və İsrailin mülki infrastruktura hücumları beynəlxalq ictimaiyyətin, o cümlədən Avstraliyanın mövqeyində dəyişikliklərə səbəb olub.
Bu həftə dərc olunan Nyu-York Bəyannaməsi, İsrailin Qəzzada dinc əhalini və mülki infrastrukturu hədəfə almasını kəskin şəkildə pisləyib. Bəyanatda bölgədəki mühasirənin və aclığın ciddi humanitar fəlakətə yol açdığı vurğulanıb.