Limon şirəsi və çia toxumları arıqlamaq istəyənlərin yeni seçimi olacaq. Bu iki qida maddəsinin birləşməsi toxluq hissini dərəcədə artırır.
Medicina.az xəbər verir ki, hər iki qidanı birlikdə içdikdə, toxluq hissi yaradaraq pəhrizi dəstəkləyir.
Mütəxəssislərin fikrincə, bu qarışım xüsusilə səhərlər acqarına içildikdə maddələr mübadiləsini stimullaşdırır və gün ərzində aclığı yatırır.
Çia toxumları, lifi və gelə bənzər teksturası sayəsində mədəni dolduraraq uzun müddət toxluq hissi verir, limon suyu isə C vitamini ilə immunitet sistemini gücləndirir və yağ yandırılmasını dəstəkləyir.

RESEPT
1 çay qaşığı çia toxumunu bir stəkan su və yarım limonun suyu ilə qarışdırın.
Toxumların şişməsi üçün təxminən 10-15 dəqiqə gözləyin.
Bu qarışımı səhər yeməyindən əvvəl və ya qəlyanaltı kimi içmək daha yaxşıdır.
Aygün
Medicina.az