İspaniyanın Qranada əyalətinin Landxaron kəndində qəribə qərar diqqət çəkib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "The New York Post" nəşrinin məlumatına görə, yerli sakinlərin ölməsini qadağan edən qeyri-adi qanun hələ də qüvvədə qalmaqda davam edir.
Sözügedən məhdudiyyət 1999-cu ildə yeganə kənd qəbirstanlığının dolmasından sonra tətbiq olunub. Kənddə yeni qəbiristanlıq üçün hələ də yer tapılmayıb.
Rəsmilər 4 min əhalisi olan kənd sakinlərinə sağlam həyat tərzi keçirərək ömürlərini uzatmağı tövsiyə edirlər.
Qeyd edək ki, kənd müalicəvi mineral mənbələri ilə "TikTok"da məşhurluq qazanıb.
Bəzi ekspertlər düşünür ki, qeyri-adi qadağa turistləri cəlb etmək üçün marketinq strategiyasıdır.
Hüseyn
Milli.Az