AZ

Rusiyadan neft və qaz alan ölkələrə rüsum TƏTBİQ EDİLƏ BİLƏR

ABŞ Prezidenti Donald Tramp, Rusiyadan neft və qaz alan ölkələrə qarşı rüsum tətbiq etməyə hazırlaşır. Bu barədə ABŞ senatoru Lindsi Qrem "X" sosial şəbəkəsində paylaşım edib.

News24.az xəbər verir ki, “Rusiya sanksiyalara uyğunlaşmağı bacarıb və onlarla yaşamağa öyrəşib. Lakin görünür, anlamadığınız budur: Prezident Tramp oyunu dəyişir. O, sizin neft və qazınızı alaraq müharibə maşınınızı gücləndirən ölkələrə rüsum tətbiq edəcək,” — deyə Qrem bildirib. Onun sözlərinə görə, bu təşəbbüsə “geniş iki partiyalı dəstək” var.

Xatırladaq ki, Tramp iyulun 14-də bəyan etmişdi ki, əgər ABŞ və Rusiya Ukrayna üzrə razılığa gəlməsə, 50 gün ərzində Rusiya və onun ticarət tərəfdaşlarına 100% gömrük rüsumu tətbiq ediləcək. Daha sonra Tramp bu müddəti 30 iyuldan etibarən 10 günə endirmişdi.

Kreml sözçüsü Dmitri Peskov isə iyulun 30-da keçirilən brifinqdə ABŞ-ın planlaşdırdığı yeni sanksiyalara münasibət bildirərək qeyd edib: “Biz artıq uzun müddətdir çoxsaylı sanksiyalar altında yaşayırıq və iqtisadiyyatımız uğurla fəaliyyət göstərir.” Onun sözlərinə görə, Rusiya bu cür təzyiqlərə qarşı artıq “immunitet” qazanıb.

Xeyrənsə Piriyeva

Seçilən
21
news24.az

1Mənbələr