AZ

DİN və DSX-dən birgə ƏMƏLİYYAT: Axtarışda olan şəxs TUTULDU

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərlə axtarışda olan şəxs saxlanılıb.
 
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Nasib Qara oğlu Həsənov istintaqa təhvil verilib.
 
O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.
 
Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.
Seçilən
14
49
moderator.az

10Mənbələr