Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib.
O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.
Araşdırmalar davam etdirilir.
P.ƏMİRCANOV
XQ