AZ

“İran dəhliz məsələsində ciddi böhran vəziyyətinə düşüb”

“İranın Cənubi Qafqazla bağlı strategiyası, xüsusilə Zəngəzur dəhlizi məsələsində ciddi böhran mərhələsinə daxil olub”.

Tribunainfo.az xəbər verir ki, bu barədə İranın “Sobheqtesad” saytı yazıb.

Məqalədə qeyd edilir ki, Ermənistanın “Sünik vilayəti” (Zəngəzur bölgəsi) mühüm əhəmiyyət daşıyır. “Bu ərazi, həm İranla Ermənistan arasında yeganə quru sərhəddir, həm də Türkiyə və Azərbaycanın Naxçıvan vasitəsilə birləşmək istədiyi marşrutdur. Ancaq bu dəhliz İran üçün yalnız coğrafi sərhəd deyil, həm də regional güc balansının qorunması baxımından həyati önəm daşıyır”.

Yazıda vurğulanır ki, İran və Ermənistan Zəngəzur dəhlizinin yaradılması ilə ölkə sərhədlərinin təhlükə altına düşəcəyindən narahatdırlar. “İran hesab edir ki, bu layihə reallaşarsa, ölkə regional təcridə məruz qala bilər. İran üçün bu məsələ tranzit və ya nəqliyyat dəhlizinin formalaşması deyil – bu, birbaşa milli təhlükəsizlik və regional güc mübarizəsidir”.

Fərda Uğur

Seçilən
13
tribunainfo.az

1Mənbələr