AZ

“Şkendiya”nın baş məşqçisindən “Qarabağ” açıqlaması

style='margin-bottom:10px;'>

Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqççisi Jeton Beqiri “Qarabağ” haqda danışıb.

QOL.az xəbər verir ki, o, bu barədə fikirlərini Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin FCSB-yə qarşı səfər matçından (2:1, ilk oyun 1:0) sonra bildirib. 

“Şkendiya” ilə “Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində qarşılaşacaqlar. İlk matç avqustun 5-i Şimali Makedoniyada, cavab görüşü avqustun 12-si Bakıda keçiriləcək.

43 yaşlı Jeton Beqiri keçirdiyi mətbuat konfransında deyib: “Növbəti rəqibimiz olan “Qarabağ” komandasına mütləq hörmətlə yanaşmalıyıq. Bu, FKSB kimi ciddi və yaxşı təşkilatlanmış bir komandadır. Mənim və futbolçularım üçün əsas məsələ formamıza hörmətlə yanaşıb maksimum gücümüzü sərf etməkdir. Sonrasını meydan göstərəcək”.

Seçilən
20
1
teleqraf.com

2Mənbələr