AZ

Bəhlul Mustafazadə: "Ən azı UEFA Konfrans Liqasının əsas mərhələsini təmin etmişik"

"Bəlkə də birinci oyundakı hesabın cavab matçındakı oyunumuza təsiri oldu".

BAKU.WS xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"u məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

"Rəqibin geridönüş etməyə çalışacağını düşünürdük. Bunun üçün də çalışırdılar. Bizə qarşı yaxşı hazırlaşmışdılar. Xüsusən də ikinci matçda. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə etdik. Komandanın ağır çıxış etməsinin səbəbinə gəlincə isə, ola bilər ki, istinin də təsiri olsun. Həm də ikinci matçımız idi. Zaman keçdikcə daha yaxşı formaya düşəcəyik".

Mustafazadə arenanın ot örtüyünün növbəti mərhələdə komandaya çətinlik yaratması ehtimalına da toxunub.

"Ot örtüyünün vəziyyəti əvvəlki vaxtlarla müqayisədə bir az pisdir. Amma edə biləcəyimiz bir şey yoxdur. Necədirsə, elə də oynayacağıq".

O, ən azı Konfrans Liqasında əsas mərhələni təmin etdiklərini də bildirdi.

"Əlbəttə ki, hədəf Konfrans Liqasının əsas mərhələsi deyil. Çempionlar Liqasında əsas mərhələni istəyirik. Bunun üçün mübarizə aparacağıq".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

Seçilən
25
1
far.az

2Mənbələr