AZ

Kamala Harris siyasətdən geri çəkilir? – Qubernatorluq planlarından imtina etdi

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatorluğuna namizəd olmayacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, CNN-in məlumatına görə, 2024-cü il prezident seçkilərində Donald Trampa uduzaraq adı Kaliforniya qubernatorluğu üçün müzakirə edilən Harris yazılı açıqlama verib.

"Son aylarda mən Kaliforniya xalqından qubernator kimi işləmək imtiyazı istəməyi ciddi şəkildə düşündüm. Mən bu ştatı və onun xalqını sevirəm. Bu, mənim evimdir. Bununla belə, dərindən düşündükdən sonra qərara gəldim ki, bu seçkidə qubernatorluğa namizəd olmayacağam", - Harris deyib.

Seçilmiş bir lider olaraq bir müddət ictimai xidmətdə iştirak etməyəcəyinə işarə edən Harris: "Ancaq mən Amerika xalqını dinləməyə, cəsarətlə mübarizə aparacaq Demokratları seçməyə kömək etməyə və önümüzdəki aylarda öz planlarım haqqında daha ətraflı məlumat paylaşmağa hazıram" dedi.

Harris qeyd etdi:

"Həyatlarını dövlət qulluğuna həsr edənlərə böyük heyranam və hörmətim var. Amma biz siyasətimizin və institutlarımızın tez-tez necə uğursuzluğa düçar olduğunu etiraf etməliyik. Bu böhranı idarə edərkən, eyni dəyərlərə sadiq qalaraq fərqli üsullarla dəyişiklik axtarmalıyıq".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
50
3
turkustan.az

4Mənbələr