AZ

Livan prezidenti siyasi partiyaları silahları təhvil verməyə çağırıb

Livan prezidenti Cozef Aun ölkədəki siyasi partiyaları öz silahlarını mümkün olduğu qədər tez təhvil verməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Al-Arabiyya” qəzetinə istinadən xəbər verir ki, Livan prezidenti ölkənin ordu və təhlükəsizlik qüvvələrinin gücləndirilməsi üçün növbəti 10 il ərzində illik olaraq 1 milyard dolların ayırılacağını bildirib.

Qeyd edək ki, son vaxtlar Livanda Hizbullahın tərk-silah olunması ilə bağlı müzakirələr gedir.

Sözügedən təşkilat isə bunun İsrailin xeyrinə olduğunu iddia edərək tərk-silah olunmaqdan imtina edir.

Seçilən
33
2
operativmm.az

3Mənbələr