AZ

“Evimi yandıranı tapın” deyə fəryad etdi, özü yandırdığı məlum oldu - Foto

Türkiyənin Samsun şəhərində yanğın zamanı sakinlərdən birinin ürəyi gedib. Qadın "evimi yandıranı tapın” deyə fəryad edib.

Bizimyol.info xəbər verir ki, Samsunun Yavuzsəlim məhəlləsində Yıldız Aktenin mənzili alova bürünüb. Yanğını onun qohumu Məhəmməd Yarar söndürməyə çalışıb. Kişi tüstüdən zəhərlənib, təcili xəstəxanaya çatdırılıb.

Sonra səhnəyə H.Y. çıxıb. Yıldız Aktenin qohumu olan qadın hamıdan çox canfəşanlıq edib. "Bu ev üçüncü dəfədir yanır. Yuxarı mərtəbəni də iki dəfə yandırıblar. Bir dəfə də buranı yandırmışdılar, uşaqları güclə xilas etmişdik. Düşməndir bu insanlar? Niyə evləri yandırırlar?”, - bu sözləri deyən qadının ürəyi gedib.
Məsələnin ən maraqlı tərəfi araşdırma zamanı ortaya çıxıb. Sakinlər məhz bu qadının yanğını törətməsinə aid dəlillər göstərib. Onu alov başlayan otağın pəncərəsinin yanında görüblər. Qadın əvvəlcə xəstəxanaya, sonra polis bölməsinə aparılıb.


www.anews.az
Seçilən
17
anews.az

1Mənbələr