Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, əksinə, Ermənistan bu prinsiplər çərçivəsində bölgədəki nəqliyyat yollarının istifadəsi ilə bağlı müxtəlif modelləri müzakirə edir və hər hansı bir razılaşmaya gəlməkdə maraqlıdır.
"Ermənistan heç nəyi müzakirə etmir" deyərkən məhz suverenlik və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən modelləri nəzərdə tutur",- Bağdasaryan deyib.
Sonda o əlavə edib ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç vaxt və heç kimə verilə bilməz, lakin yolların, dəmir yollarının və digər infrastrukturun istismar və idarəçiliyi özəl şirkətlərə həvalə oluna bilər və bu, uzun illərdir tətbiq edilən normal bir praktikadır.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
Diplomat vurğulayıb ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. (Teleqraf)