
Bu gecə Rusiya 300-dən çox pilotsuz təyyarə və səkkiz raketlə Ukraynaya hücum edib.
Reyting.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, gecə saatlarından etibarən xilasedicilər, yanğınsöndürənlər, həkimlər və bütün lazımi xidmətlər Rusiyanın raket və pilotsuz təyyarələrinin endirdiyi yerlərdə işləyir.
Dövlət başçısı qeyd edib ki, rusların zərbələri nəticəsində Dnepr, Poltava, Sumı, Nikolayev, Kiyev vilayətləri zərər çəkib.
“Kütləvi atəşin əsas hədəfi paytaxt olub. Yaşayış infrastrukturuna böyük ziyan dəyib. Yaşayış məntəqələrindən birində çoxmərtəbəli binanın bütöv bir girişi dağıdılıb. Hazırda altı yaşlı uşaq və onun anası da daxil olmaqla, altı nəfərin öldüyü məlumdur”,- deyə Zelenski əlavə edib.
“Yeni nümayişkaranə qətllər. Ona görə də gücsüz sülh mümkün deyil. Amma Moskvanı sülhə məcbur etmək, onları real danışıqlar masası arxasına oturmağa məcbur etmək - tərəfdaşların bunun üçün bütün alətləri var. Biz gözləyirik ki, hazırda Amerika və Avropanın bunun üçün səsləndirdiyi hər şey həyata keçiriləcək”,- Zelenski vurğulayıb.
ELÇİN